Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə Milli Məclisin komitə iclasında deyil, birbaşa plenar iclasda baxılacaq.Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanun layihəsi (II səsvermə) parlamentin sentyabrın 30-da keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.Belə ki, Ombudsmanın konstitusion statusu nəzərə alınaraq, onun illik məruzəsinə birbaşa Milli Məclisin plenar iclasında baxılacaq.Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Ombudsmanın illik məruzəsi parlamentin İnsan hüquqları komitəsində baxılıb rəy alındıqdan sonra plenar iclasa çıxarılırdı.Xatırladaq ki, sözügedən məsələ Konstitusiya Qanunu layihəsi olduğuna görə altı ay sonra ikinci dəfə səsverməyə çıxarılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta