AZ

Sarkozi 5 il azadlıqdan MƏHRUM EDİLDİ

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkoziyə 2007-ci il seçki kampaniyasının Liviya vəsaitləri hesabına qanunsuz maliyyələşdirilməsi işi üzrə beş il həbs cəzası verib.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

İstintaqın versiyasına görə, Sarkozi 2005-ci ildə Liviyanın o zamankı lideri Muəmmər Qəddafi ilə razılıq əldə edərək seçki kampaniyası üçün maliyyə dəstəyi alıb. Bunun müqabilində Fransa rəhbərliyi Tripoliyə beynəlxalq arenada siyasi dəstək göstərməli idi.

Sabiq prezidentə korrupsiya, kampaniyanın qanunsuz maliyyələşdirilməsi və Liviyaya məxsus dövlət vəsaitlərini gizlətmək ittihamları irəli sürülüb.

Nikola Sarkozi isə dəfələrlə bildirib ki, ittihamlar ciddi sübutlara əsaslanmır.

Qeyd edək ki, Qəddafidən Sarkoziyə mümkün maliyyə köçürmələri barədə ilk məlumatlar 2011-ci ildə səslənmişdi. Həmin vaxt Liviyanın mərhum liderinin oğlu Seyf əl-İslam Euronews-a müsahibəsində Fransa prezidentindən Tripolidən dəstək aldığını etiraf etməyi tələb etmişdi.

Bizim.Media

Seçilən
6
20
bizim.media

10Mənbələr