AzVision.az xəbər verir ki, məhkəmənin qərarına istinad edən “BFMTV” telekanalı belə məlumat yayıb.
Bununla belə, sabiq prezidentə qarşı qalan ittihamlar götürülüb:passiv korrupsiya, Liviya dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və kampaniyanın qanunsuz maliyyələşdirilməsi.
Nikolya Sarkoziyə münasibətdə məhkəmə hökmü hələ çıxarılmayıb. “France Info” nəşrinin məlumatına görə, ittiham tərəfi 7 il həbs cəzası, 300 000 avro məbləğində cərimə və seçkilərdənamizədliyə 5 il qadağa qoyulmasını tələb edib.
Fransa mediası hazırkı cəzanın keçmiş prezidentin üçüncü cəzası olacağına diqqət çəkir. 2024-cü ildə o, “danışıqların dinlənilməsi” və “korrupsiya və təsir alveri” işlərində təqsirli bilinib, habelə “Liviya işi” üzrə dinləmələr zamanı o, elektron ayaq biləyi monitoru taxmağa məcbur edilib. Həmin hökmdən sonra Sarkozi həbs cəzası alan ilk Fransa prezidenti olub.
Sarkozi həmçinin 2012-ci ildə uduzduğuprezidentlik kampaniyasının maliyyələşdirilməsi ilə bağlı “Biqmalion” işində bir il həbs cəzasına məhkum edilib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta