AZ

Ukrayna ordusu Kalinovskoyedə İkinci Dünya müharibəsindən qalma alman pulemyotundan istifadə edib

Rusiya Silahlı Qüvvələrinin əsgərləri Ukraynanın Dnepropetrovsk vilayətinin Kalinovskoe yaşayış məntəqəsinin azad edilməsi (işğal - red.) zamanı qarşı tərəfin mövqelərində təkcə NATO silahları deyil, həm də İkinci Dünya müharibəsindən qalma alman pulemyotunu da aşkar ediblər.

Herbiand.az bildirir ki, bunu “Fomiç” ləqəbli rus döyüşçü deyib.

“Fomiç” ləqəbli əsgər deyib ki, Böyük Vətən müharibəsinə aid silahı görəndə təəccüblənib.

Bundan başqa, ələ keçirilən qənimətlər arasında Kanada istehsalı olan müasir 5,56 mm kalibrli avtomat da olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
1
herbiand.az

1Mənbələr