AZ

Bu stansiyalarda hərəkət müvəqqəti DAYANDIRILACAQ

“Uzunluğu 200 metr olan tunellər inşa ediləcək və bunun nəticəsində Yaşıl xəttlə Qırmızı xətt arasında sərbəst hərəkət təmin olunacaq” Metbuat.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib. O qeyd edib ki, xətlərin ayrılması layihəsi çərçivəsində nəzərdə tutulan tunelin tikintisi zamanı Nizami və 28 May stansiyaları arasında qatarların hərəkəti müvəqqəti olaraq dayandırılacaq: “Dayanma müddətinin uzun olmaması üçün işlər elə planlaşdırılıb ki, 28 May ərazisində iki şaxtanın inşası həyata keçirilsin. Bununla tunellərin tikintisi gələn ilin yanvarından başlayaraq mümkün qədər qısa müddətə yekunlaşsın və hərəkətin dayanması az vaxt aparsın. Hazırda ikinci şaxtada svayvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Bir saylı şaxta ərazisi də hasara alınıb və burada kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
20
metbuat.az

1Mənbələr