AZ

Bələdiyyələrdə gender komissiyaları yaradılıb

Azərbaycanda bələdiyyələrdə gender komissiyaları yaradılıb.

"Teleqraf" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlər üçün təşkil edilmiş "Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik" mövzusundakı təlimdə deyib.

O bildirib ki, bununla bağlı layihə komitənin təşəbbüsü ilə reallaşıb.

"Bələdiyyələr bir kənddə və ya qəsəbədəki hadisəni daha tez araşdırıb, təhlil edə bilər. Onlar fəaliyyət göstərdikləri yerlərdəki ailələrə, onların problemlərinə daha yaxşı bələddirlər. Bu zaman məişət zorakılığı və erkən nikah kimi neqativ halların qarşısı daha tez alına bilər. Mətbuat ailələrdə problem baş verdikdə öncə həmin ərazidəki qurumlara müraciət etsə, onlar məsuliyyətini daha çox başa düşər. Amma mətbuat ilk Komitəyə müraciət edir, - o əlavə edib.

Seçilən
109
teleqraf.com

1Mənbələr