AZ

Çinin əl ayısı... - Kremldən Trampın təhqirinə cılız reaksiya

"Donald Trampın Rusiyanı "kağız pələng" adlandırması özünü dünya gücü sayan Rusiya dövlətinin kimliyini, qürurunu ən yüksək səviyyədə təhqiri idi".Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, bu təhqirə görə Ukraynada ağır hərbi-siyasi uğursuzluğadan tamamilə gücdən düşmüş Rusiya ABŞ-yə və xüsusilə Donald Trampa sərt cavab verə bilmir.

"Ancaq cəmiyyətinin bunu hakimiyyətin zəifliyi kimi qəbul edəcəyindən də qorxur. Ona görə də, Moskva özünəməxsus reaksiya verərək, "söz oynu" ilə ABŞ prezidentinin fikirlərini "zərərsizləşdirməyə" çalışıb.

Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov Donald Trampın Rusiyanı "kağız pələng"lə müqayisə etməsini şərh edərkən deyib ki, Rusiya pələnglə deyil, ayı ilə assosiya olunur. "Kağız ayı isə olmur"".

X.Cəfərli vurğulayıb ki, əslində "kağız pələng" Çin dilində işlədilən və ilk baxışda güclü, təhlükəli görünən, lakin heç bir qüvvəyə malik olmayan şeylər barədə danışarkən işlədilən bir metaforadır:

"Bu mənada bir ölkənin simvolunun pələng və ya ayı olmasından asılı olmayaraq o dövlət göründüyündən zəifdirsə, onu təsvir etmək üçün "kağız pələng" ifadəsindən obrazlı şəkildə istifadə etmək olar. İsrailin İrana qarşı 13 günlük hücumu zamanı, Ukraynanın Rusiyada həyata keçirdiyi möhtəşəm "Hörümçək toru" əməliyyatından sonra İran və Rusiyanın vəziyyətini ifadə etmək üçün əcnəbi ekspertlərin "kağız pələng" ifadəsindən istifadə etdiyini dəfələrlə müşahidə etmişəm. Bu mənada Peskovun təkzibi söz oynundan başqa bir şey deyil.Kağız ayı olmadığını bəyan edən Peskov əl ayısı olduğunu inkar edə bilməz. Rusiya hazırda Çinin əl ayısına çevrilib".

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Çinin əl ayısı olduğunu təsdiq edən məlumatı isə Rusiya Nəqliyyat Nazirliyi yayıb:

"Nazirliyin məlumatına görə, sentyabrın 23-də Çinin yük gəmisi Aşağı Amur daxili su yolları ilə ilk səyahətinə başlayıb. Gəmi artıq Amurdakı dövlət sərhəd-keçid məntəqəsini keçib və Xabarovsk limanına doğru yol alıb. Nazirlik bunu "Şimal-Şərqi Çin - Rusiyanın Uzaq Şərqi" birgə intermodal nəqliyyat dəhlizinin inkişafı adlandırır, ancaq aydın görünür Çin Rusiyanın daxili su yollarından dədə malı kimi istifadə etməyə başlayıb. Ekspertlər qeyd edirlər ki, Pekin əvvəllər dəfələrlə Moskvadan icazə istəsə də, Rusiya həmişə Çinin bu istəyini rədd edirdi. İndi isə məsələ Çinin xeyrinə, Pekinin istədiyi kimi həll olunub.

Başqa cür də ola bilməz. Axı Rusiya Çinin əl ayısıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr