AZ

Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri açıldı

29 sentyabrdan başlayaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Bildirilib ki, qatar həftəiçi günlər hər iki istiqamətdə hərəkət edəcək. Bundan əlavə, Bakı-Qazax-Bakı marşrutu ilə ənənəvi qrafiklə hər gün səfər edə bilərsiniz.

Biletiləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Seçilən
29
39
metbuat.az

2Mənbələr