AZ

Trampın hiyləgər planı üzə çıxdı: 27 ölkə təlaşda

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Avropa rəsmiləri ABŞ Prezidenti Donald Trampa görə qorxuya düşüblər. Fikirləşirlər ki, Ağ Ev rəhbəri Ukraynanın hərbi uğursuzluğu məsələsində onları günahlandıra bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

“Trampın Ukrayna ilə bağlı son bəyanatları avropalılara qeyri-mümkün vəzifə qoymaq məqsədi daşıyır. Yəni Kiyev müharibədə büdrəsə və ya pulu tükənsə, ABŞ prezidenti oxları Brüsselə çevirəcək. Nəticədə günahı Vaşinqtondan uzaqlaşdırmağa çalışacaq”.

Nəşr xatırladıb ki, bundan əvvəl D.Tramp Ukraynanın Avropa İttifaqının (Aİ) köməyi ilə əraziləri geri ala biləcəyini iddia edib. Bu bəyanat Brüsseldə qarışıq reaksiyaya səbəb olub.

Bəziləri Ağ Evdə Ukrayna ilə bağlı əhval-ruhiyyənin dəyişməsini alqışlasa da,  digərləri bunu Kiyevin  müdafiəsi üçün məsuliyyətin Avropa İttifaqının üzərinə atılması kimi gördülər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr