İsrail ordusunun Qəzzada gedən döyüşlər zamanı daha bir hərbçi qulluqçusu həlak olub.
Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Bildirilib ki, öldürülən hərbçi 27 yaşlı Çalaçev Şimon Demalaşdır.
Məlumata görə, o HƏMAS yaraqlılarının snayperi atəşi nəticəsində öldürülüb.
Qeyd olunub ki, bununla da 7 oktyabr 2023-cü ildən indiyədək Qəzzada öldürülən İsrail hərbçilərinin sayı 471 nəfərə çatıb.
Daşqın HəsənovMissiya.Az