“Quba” basketbol klubu növbəti transferini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Varid Ağasızadə ilə anlaşıb.
O, ötən mövsümü "Lənkəran"da keçirib. Varid artıq "Quba"nın təlim-məşq toplanışına qoşulub.
2004-cü il təvəllüdlü basketbolçu oyun qurucusudur. O, əvvəllər “Sərhədçi” və “Lənkəran” klublarının formasını geyinib.