AZ

Dünya izləsin: BMT yə yeni sənət əsəri gətirildi Memarı İlham Əliyevdir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

BMT Baş Assambleyasının 80-ci sessiyası bu il də dünya gündəmini müəyyən edən əsas platformalardan birinə çevrilib. Bu dəfə qlobal siyasətin diqqət mərkəzində yalnız Ukrayna və Yaxın Şərq yox, həm də Azərbaycan-Ermənistan sülh prosesi dayanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ali kürsüdən bu məsələyə xüsusi diqqət ayırmaları göstərir ki, Cənubi Qafqazda sülh təkcə iki ölkənin məsuliyyəti deyil, eyni zamanda region dövlətlərinin və beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir.

BMT dünyada sülhə töhfə verə biləcəkmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, BMT Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı müzakirələr aparmaqda yumşaq desək, çox gec qalıb:

“Çünki Azərbaycan torpaqlarında işğala son qoyulması ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi qəbul edilsə də, icra olunmadı. İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə BMT işğal faktını gündəmə daşımaqda da maraqlı görünmürdü. BMT-də Qarabağla bağlı müzakirələr yalnız 44 günlük müharibədə torpaqlarımızın azad edilməsindən sonra intensivləşdi, o da Azərbaycanın əleyhinə. BMT Təhlükəsizlik Şurasının üzvü Fransa məsələni daim erməni maraqları kontekstində təşkilatın gündəminə daşıyır, Azərbaycana qarşı qərarların qəbul edilməsinə çalışırdı, lakin buna nail ola bilmədilər.

Bu baxımdan, BMT-də sülh danışıqları ilə bağlı aparılan müzakirələrin praktiki müstəvidə təsiri sual altındadır.

Birincisi, Azərbaycan torpaqlarını azad etməklə BMT-nin qətnamələrini özü icra etdi;

İkincisi, 44 günlük müharibədən sonra maraqlı ölkələrin BMT-ni Azərbaycan əleyhinə irəli sürülən ittihamların platformasına çevirmək cəhdləri bu quruma inamı azaldıb.

BMT-də Qarabağ məsələsi və Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı danışacaq yeganə lider Prezident İlham Əliyev olmalıdır, çünki məhz onun rəhbərliyi ilə Azərbaycan Ordusu BMT-nin həll edə bilmədiyi münaqişəyə son qoydu. Daha sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Ermənistanla sülh danışıqları başlandı. Bu gün Bakı və İrəvanın sülh sazişini paraflaması da daxil olmaqla, əldə etdikləri razılaşmaların memarı Əliyevdir. Ona görə BMT-də İlham Əliyev danışmalı, dünya izləməli və dinləməlidir”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
globalinfo.az

1Mənbələr