AZ

Millət vəkili: Prezidentin Nyu-York səfəri Azərbaycanın güclənən beynəlxalq mövqeyinin göstəricisidir

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka etdiyi səfər Azərbaycanın beynəlxalq nüfuzunun artması və milli maraqlarının müdafiəsi baxımından tarixi əhəmiyyət daşıyan hadisədir. Dövlət başçısının bu səfəri ölkəmizin qlobal proseslərdə söz sahibinə çevrildiyini, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqlədi".

Bu sözləri Operativ Media-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva bildirib:

"İlham Əliyevin Nyu-Yorkda keçirdiyi görüşlər Azərbaycanın diplomatik fəallığının miqyasını və təsir gücünü nümayiş etdirir. Bu danışıqlar bir daha göstərir ki, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın əsas təminatçısıdır, beynəlxalq güclərlə dialoqda isə prinsipial mövqeyi ilə seçilir".

Deputat bildirib ki, səfərin iqtisadi nəticələri də diqqət çəkir: "ABŞ-nin nəhəng maliyyə və investisiya qurumları – Brookfield Asset Management, Blackstone, Neuberger Berman kimi şirkətlərlə keçirilən görüşlər Azərbaycanın dünya iqtisadiyyatında artan çəkisini ortaya qoyur. Bu görüşlər nəticəsində ölkəmizə yeni investisiyaların, müasir texnologiyaların və dayanıqlı iqtisadi layihələrin gələcəyi şübhəsizdir. Azərbaycanın biznes mühiti bu gün yalnız regionda deyil, qlobal miqyasda da etibarlı və perspektivli ünvan kimi qəbul olunur”. 

"Bu səfər bir daha göstərdi ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibidir və beynəlxalq münasibətlər sistemində öz layiqli yerini möhkəmləndirməkdədir”, - deputat qeyd edib.

Ayşən Sadıxzadə

Seçilən
42
operativmedia.az

1Mənbələr