AZ

“Çelsi” “Barselona”ya rəqib oldu – 100 milyonluq tələb

“Çelsi” və “Barselona” “River Pleyt”in hücumçusu İan Subiabre ilə maraqlanırlar.

Msport.az xəbər verir ki, London klubu gənc futbolçunu ələ keçirmək üçün İspaniya təmsilçisini ötmək niyyətindədir.

“River Pleyt” Subiabreni asanlıqla buraxmaq istəmir. 18 yaşlı argentinalı futbolçu hücumun üç mövqeyində oynaya bilir. Klubla onun mövcud müqaviləsinin 2026-cı ilin dekabrına qədər olduğunu bildirilir. Lakin Argentina təmsilçisi yeni sözləşmə təklif etməyi və sərbəst buraxılma bəndinə 100 milyon avro miqdarında məbləğ əlavə etməyi planlaşdırır.

Qeyd edək ki, İan Subiabre “River Pleyt”in əsas komandasında 2024-cü ilin fevralından çıxış edir. Bu vaxta qədər o, 19 matç keçirib, 1 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.

Seçilən
9
3
msport.az

4Mənbələr