AZ

Trampdan Ukrayna ilə bağlı "U" dönüşü: Nə baş verib ki, fikrini dəyişib?

ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı düşüncələri dəyişib. O, artıq Ukraynanın əvvəlki vəziyyətinə qaytarılmasının tərəfdarıdır.

Publika.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

O bildirib ki, sentyabrın 23-də Birləşmiş Millətlər Təşkilatında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra fikirlərində ciddi dəyişiklik yaranıb.

Tramp paylaşımında Rusiya üçün “kağız pələng” ifadəsini işlədərək, Ukraynanın bütün ərazisini ilkin vəziyyətinə qaytara biləcəyini bəyan edib. Qeyd edib ki, fikirlərinin dəyişməsi onun Ukrayna ilə Rusiya arasındakı hərbi və iqtisadi vəziyyəti tam başa düşməsindən qaynaqlanır.

“Putin və Rusiya böyük iqtisadi problem içərisindədir və Ukraynanın hərəkətə keçmə vaxtıdır. Avropa və NATO-nun dəstəyi ilə Ukrayna bu müharibənin başladığı ilkin sərhədlərə qayıda bilər”, - deyə o vurğulayıb.

Seçilən
5
publika.az

1Mənbələr