AZ

Gürcü siyasətçi Zelenskini "marionet" adlandırdı

“Gürcü Arzusu” partiyasının lideri İrakli Kirtsxaliya Ukrayna prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasında Gürcüstanla bağlı açıqlamasına münasibət bildirib, onu marionet (oyunçu tərəfindən saplarla idarə olunan bəndli kukla, - red.) adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

"Zelenski növbəti dəfə Gürcüstan haqqında mənfi danışmağa cəsarət etdi. Bu marionet öz məmurları kimi ölkəmizi təhqir etməyə və birbaşa müharibəyə çağırmağa cəsarət etməmişdən əvvəl qoy əvvəlcə ağzını yusun, sonra ölkəmiz haqqında danışsın", - deyə siyasətçi bildirib.

Məlumata görə, BMT Baş Assambleyasında çıxışı zamanı Zelenski deyib ki, Avropa “Gürcüstanı itirib” və orada insan haqlarının vəziyyəti daha da pisləşir.

Bununla yanaşı, Gürcüstanın baş naziri İrakli Kobaxidze qeyd edib ki, xarici kəşfiyyat xidmətləri Gürcüstandakı etirazları maliyyələşdirir, Ukraynanın Maydan ssenarisini təkrarlamağa çalışır. O, həmçinin vurğulayıb ki, Gürcüstan hökuməti öz ölkəsində belə bir şeyin baş verməsinə icazə verməyəcək.

Gülayə Mecid 

Seçilən
23
unikal.az

1Mənbələr