AZ

Sakinləri kirayələrdə süründürən tikinti şirkəti: Bina beş ildir təhvil verilmir

Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi artıq beş ildir başa çatmır.

Baku TV-yə müraciət edən sakinlər bildiriblər ki, iki blokdan ibarət bina əsas beton konstruksiyası hazır olsa da, hələ də təhvil verilməyib.

Sakinlər deyiblər ki, layihəyə görə hər iki binada ümumilikdə 147 mənzil tikilməlidir. Onlardan 30-u ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlər üçün nəzərdə tutulub. Lakin illərdir sakinlər kirayədə qalır, yüksək kirayə xərcləri ilə üzləşirlər.

Vətəndaşların sölərinə görə, ilkin olaraq mənzilləri kreditlə alıblar və bütün ödənişlərini həyata keçiriblər. Lakin artıq beş ilə yaxındır ki, mənzillərinə köçə bilmirlər.

Ətraflı süjetdə:

Seçilən
0
6
milliyol.az

8Mənbələr