AZ

Göygöldə sürücü idarəetməni itirdi - Maşın ağaca çırpıldı

Göygöldə sürücünün idarəetməni itirməsi xəsarətlə nəticələnıb.

Bizim.Media-nın yerlı bürosunun məlumatına görə, hərəkətdə olan "VAZ-2104" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Qəza zamanı maşının sürücüsü, 1999-cu il təvəllüdlü Zakir Bayramov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
14
1
bizim.media

2Mənbələr