AZ

Liqa Kuboku: 1/8 finalın cütləri bəlli oldu

“Mançester Siti” İngiltərə Liqa Kubokunda 1/16 final matçına çıxıb.

Msport.az xəbər verir ki, “şəhərlilər” səfərdə “Haddersfild Taun”la qarşılaşıblar.

Görüşdə “Mançester Siti” 2:0 hesablı qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə Fil Foden açıb. 74-cü dəqiqədə isə Savio Moreyra fərqlənib. Bu qələbə sayəsində “Mançester Siti” növbəti mərhələyə adlayıb.

Artıq 1/8 final mərhələsinin cütlükləri də bəllidir. “Çelsi” bu raundda “Vulverhempton”la üz-üzə gələcək. “Tottenhem” “Nyukasl”la, “Mançester Siti” isə “Suonsi” ilə üz-üzə gələcək. Kubokun son qalibi “Kristal Pelas” “Lverpul”a rəqib olub.

 

İngiltərə Liqa Kuboku

1/8 final mərhələsi

“Arsenal” – “Brayton”

“Qrimbsi” – “Brentford”

“Nyukasl” – “Tottenhem”

“Rekshem” – “Kardiff Siti”

“Liverpul” – “Kristal Pelas”

“Vulverhempton” – “Çelsi”

“Uikomb” – “Fulhem”

“Suonsi” – “Mançester Siti”

 

Qeyd edək ki, bu turnirin son qalibi “Nyukasl”dır.

Seçilən
11
msport.az

1Mənbələr