Ajans.az xəbər verir ki, tərəflər ölkələr arasında diplomatik münasibətlərin bərpası haqqında Birgə kommünike imzalayıblar. “Bu gün Ukrayna və Suriya diplomatik münasibətlərin bərpası haqqında Birgə kommünike imzaladılar. Bu mühüm addıma sevinirik və Suriya xalqını sabitliyə gedən yolda dəstəkləməyə hazırıq", - Zelenski öz “Telegram” kanalında bildirib. Dövlət başçısı qeyd edib ki, suriyalı həmkarı ilə danışıqlar zamanı əməkdaşlığın inkişafı üçün perspektivli sahələri müzakirə ediblər. Bundan əlavə, liderlər Ukrayna və Suriya üçün təhlükəsizlik təhdidləri və onlara qarşı mübarizənin vacibliyi məsələsinə toxunublar.
“Qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər qurmağa razılaşdıq”, - Zelenski əlavə edib.