ABŞ-ın Nyu-Meksiko ştatında Rio-Qrand dərəsi üzərindəki körpü piyadaların istifadəsinə bağlanıb.
Publika.az xəbər verir ki, buna səbəb orada baş verən intihar hadisələrinin artması olub. Yerli hakimiyyət orqanları insanların bu məkanda həyatına qəsd etmələrinin qarşısını almaq üçün körpünü qeyri-müəyyən müddətə bağlamağa məcbur olub.
Rəsmi məlumatlara görə, son üç həftə ərzində üç nəfər özünü körpüdən ataraq həyatına son qoyub. İl ərzində körpüdə həyatına son qoyan insan sayı ümumilikdə altı olub.