AZ

Ərdoğan Tramp görüşündə ciddi qərarlar gözlənilir

ain.az, Sherg.az saytına istinadən bildirir.

Abutalıb Səmədov: “Tramp Türkiyəni F-35 proqramına qaytarmayacaq, amma F-16-lar verilə bilər”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək. Məlumata görə, liderlərin görüşündə hərbi və ticarət məsələləri, eləcə də qlobal mövzular müzakirə olunacaq. Donald Tramp görüş öncəsi açıqlamasında iki ölkə arasında bir sıra strateji əməkdaşlıqlara diqqət çəkib. Ağ Ev rəhbəri bildirib ki, hazırda "Boeing" təyyarələrinin böyük həcmdə alınması, mühüm F-16 razılaşması və nəticəsini müsbət gözlədikləri F-35 danışıqlarının davamı daxil olmaqla bir çox ticarət və hərbi anlaşmalar üzərində işləyirlər. Prezident həmçinin Ərdoğanla münasibətlərinin hər zaman yaxşı olduğunu vurğulayaraq, "25-də onu görmək üçün səbirsizliklə gözləyirəm" ifadəsini işlədib. 

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Şərq"ə deyib ki, gözlənilən Ərdoğan-Tramp görüşü həm bölgə, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir. Ekspert vurğulayıb ki, liderlərin görüşündə Qəzza məsələsinin müzakirəsinin olacağı şübhəsizdir:

 "Görüşdə F 16 və F 35 qırıcıları ilə bağlı məsələlərin müzakirə olunacağını artıq Donald Tramp elan edib. Amma söhbət Türkiyənin yenidən F 35 proqramına qayıtmasından getməyəcək. Çünk artıq bu addımın atılması qeyri-mümkündür. Ancaq heç olmasa, F16-larla bağlı ABŞ öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilər. Yaxud, bir neçə F 35 təyyarəsinin Türkiyəyə verilməsinə qərar verilər. Hər halda Türkiyəni qane edəcək addımların atılması gözləniləndir. Sözün açığı, Qəzza bölgəsi ilə bağlı da müsbət nəticənin çıxacağına ümid etmirəm. ABŞ İsrailin birbaşa yanında, arxasındadır. ABŞ-nin dəstəyi, xeyir-duası olmasaydı, İsrail Baş naziri Benyamin Netanyahu bu əməliyyatları icra edə bilməzdir. Üstəlik, ortada Trampın "sülh planı" var. İsrail də bu planı qəbul edib. HƏMAS da qəbul etsə, münaqişəni mümkün qədər aradan qaldırmaq şansı yaranar". 

Həmsöhbətimiz diqqətə çatdırıb ki, liderlərin görüşündə Rusiya-Ukrayna müharibəsi də müzakirə mövzusu olacaq: 

"Türkiyə Çindən və Hindistandan sonra Rusiyadan ən çox neft alan üçüncü ölkədir. Tramp çox çalışır ki, Rusiyadan alınan neftin miqdarını mümkün qədər azaltsın. Yəni adını çəkdiyim üç dövlət Rusiya ilə ticarətdən imtina etsin. Ukraynada müharibənin bitməsi Tramp üçün çox əhəmiyyətlidir. Bununla yanaşı, BMT-də islahatlar məsələsi də gündəmə olacaq. Ərdoğan-Tramp arasında müzakirə olunacaq məsələlər kifayət qədər çoxdur. Bir çox məsələdə ciddi qərarların alınması ehtimalı yüksəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sherg.az

2Mənbələr