AZ

Avropa çempionatının 3 oyununda fit çalacaq

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, K.Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.

O, həmçinin oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Seçilən
46
sportinfo.az

1Mənbələr