AZ

Ceyhun Bayramov beninli həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Oluşequn Ajadi Bakari ilə görüşüb.

Sherg.az xəbər verir ki, bununla bağlı C.Bayramov özünün "X" hesabında paylaşım edib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bildirib ki, görüşdə iki ölkənin BMT və İƏT çərçivəsində çoxtərəfli əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

"Biz ölkələrimiz arasında uzunmüddətli əlaqələrin qurulması üçün mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli siyasi, iqtisadi və humanitar əməkdaşlığın, eləcə də humanitar mübadilələrin asanlaşdırılmasının vacibliyini vurğuladıq.

Biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Benin Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzaladıq", - C.Bayramov qeyd edib.
Seçilən
15
1
sherg.az

2Mənbələr