AZ

Dünyanın ən yaşlı qadınının pəhrizi uzunömürlülüyün açarı ola bilər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

London, 24 sentyabr, AZƏRTAC

Alimlər dünyada ən uzunömürlü insanın DNT-sini araşdıraraq uzunömürlülüyün sirlərindən birini açıqlayıblar.

AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, ABŞ-da anadan olub, İspaniyanın şimal-şərqində ötən il 117 yaşında dünyasını dəyişən Maria Branyas Morera gündə üç dəfə qatıq yeyib. Alimlər hesab edirlər ki, onun rasionunda probiotik qatığa xüsusi yer verməsi sağlam qocalmasında mühüm rol oynayıb.

Branyas uzunömürlülüyünü hər zaman şansa və yaxşı genetikaya bağlayıb. Araşdırmalar da onun fikirlərini qismən təsdiqləyib. Lakin hər gün üç dəfə qatıq yeməsi də həyati əhəmiyyət daşıyan faktor kimi qiymətləndirilir. Alimlər müəyyən ediblər ki, onun bioloji yaşı real yaşından 23 il daha gənc olub.

Maria Branyasın pəhrizində qatıqla yanaşı lifli qidalar da olub. O, hər səhər səkkiz müxtəlif dənli bitkidən hazırlanan smuzi qəbul edib. Bu qidalar bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayaraq onların çoxalmasına şərait yaradıb.

Qeyd edək ki, Maria Branyas ömrünün təxminən 110 ilini İspaniyada yaşayıb. O, 2020-ci ildə COVID-ə yoluxaraq dünyada bu virusa qalib gələn ən yaşlı insan kimi diqqət çəkib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
3
azertag.az

4Mənbələr