AZ

Son dəqiqə! İmişlidə toyda zəhərlənənlərin sayı 50 nəfəri keçdi

İmişli rayonunda toyda zəhərlənənlərin sayı 53 nəfərə çatıb.

Musavat.com-a TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir. 

 

Musavat.com

Seçilən
19
13
musavat.com

10Mənbələr