1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Fremont şəhərində yerləşən "Tesla" zavodunun texniki mütəxəssisi Piter Hinterdobler sənaye robotunun onu yerə yıxaraq, ağır bədən xəsarətləri yetirməsindən sonra şirkətə qarşı 51 milyon dollar məbləğində iddia qaldırıb.
Oxu.Az bu barədə "Independent" nəşrinə istinadla xəbər verir.
Onun sözlərinə görə, idarəolunmaz robot xəbərdarlıq etmədən qəfil onu vurub, nəticədə 50 yaşlı işçi ağır bədən xəsarətləri alıb.
Hadisə 2023-cü il iyulun 22-də baş verib. O vaxtdan bəri işçi artıq müalicəyə bir milyon dollar xərcləyib, daha altı milyon dollar ödəməli olacaq.