Bakı, 24 sentyabr, AZƏRTAC
“Rəqibi təbrik edirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiprin "Anortosis" klubunun baş məşqçisi Daniel Nelson Avropa Kubokunun I təsnifat mərhələsində Bakıda "Abşeron Lions"a 73:89 hesabı ilə məğlub olduqları ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, Azərbaycan təmsilçisinin fiziki olaraq müdafiəni yaxşı qurduğunu bildirib: "Birinci hissədə oyunu çevirə bilirdik. Lakin sonradan alınmadı. Müdafiədə səhvlərimiz var idi. Cavab görüşü üçün ümidsiz deyilik. Hər zaman qələbəyə köklənə bilirik. Bu matçı analiz edəcəyik".
Qeyd edək ki, cavab görüşü oktyabrın 1-də Limassolda təşkil olunacaq.