AZ

Ekitike: "Bütün "Liverpul" ailəsindən üzr istəyirəm"

İngiltərə Liqa Kubokunun (Karabao Cup) 3-cü turunda “Liverpul” – “Sauthempton” oyunu dramatik anlara şahidlik edib.

Fanat.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

53-cü dəqiqədə sarı vərəqə alan fransalı hücumçu Huqo Ekitike 85-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırsa da, qol sevincində formasını çıxardığı üçün ikinci sarı vərəqə ilə meydandan qovulub.

Matçdan sonra Ekitike emosiyalarına hakim ola bilmədiyini etiraf edib:

“İlk Karabao Kuboku oyunumda komandama qələbə qazandırdığım üçün çox həyəcanlı idim. Duyğularım üstün gəldi. Bütün "Liverpul" ailəsindən üzr istəyirəm”.

Baş məşqçi Arne Slot isə futbolçunun davranışını tənqid edib:

“Əgər üç oyunçunu keçib topu yuxarı küncə vursam, hamı bunun mənimlə bağlı olduğunu deyə bilərdi. Amma Huqonun etdiyi kimi rahat bir qol vurub sonra Kiyezaya ‘Əla asist idi, mənə çox iş düşmədi’ demək doğru olardı. Huqonun hərəkəti mənasız idi. Hər baxımdan ağılsız addım idi”.

Kamil Xudiyev

Seçilən
20
fanat.az

1Mənbələr