AZ

I Liqa:"Şəfa"dan darmadağın, "Səbail"lə "Mingəçevir"dən inamlı qələbə

Azərbaycan I Liqasında 3-cü tur start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 3 matç baş tutub.

Lider "Şəfa" autsayder "Cəbrayıl"ı darmadağın edib. Elgiz Kərəmlinin yetirmələri Bəxtiyar Soltanovun komandası ilə görüşdə 3 xalı 3 qolla qazanıb.

Ramiz Məmmədovlu "Mingəçevir" "Difai" ilə qarşılaşmadan qalib ayrılıb. Meydan sahibləri qələbəni təmin edən qolları matçın sonlarında vurmağı bacarıblar.

Günün son matçında "Şəfa" ilə şərikli lider olan "Səbail" "Şahdağ Qusar"la üz-üzə gəlib. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" doğma meydanda sabiq "Səbail"li Rahid Əmirquliyevin prezidenti olduğu şimal təmsilçisini üstələyərək zirvə mücadiləsini davam etdiriblər.

Qeyd edək ki, turun qalan 2 oyunu (MOİK – “Zaqatala” və “Baku Sportinq” – “Şimal”) sabah keçiriləcək.

Azərbaycan 1-ci Liqası
3-cü tur 
24 sentyabr  

“Şəfa” – “Cəbrayıl” 3:0
Qollar:
 Elnur Zamanov, 50. Urfan İsmayılov, 80. Amir Ebrahimzade, 90+1.

“Mingəçevir” – “Difai” 2:0
Qollar:
Cona Attukuaye, 73; 89

“Səbail” – “Şahdağ Qusar” 2:0
Qollar
: Yusif Nəbiyev, 15. Emin Rüstəmov, 45+1.

Seçilən
25
fanat.az

1Mənbələr