AZ

Almaniyada yaşayan balaca həmyerlimiz cüdo üzrə yarışlarda uğur qazanır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 24 sentyabr, AZƏRTAC

Almaniyada yaşayan həmyerlimiz, 9 yaşlı cüdoçu Ömər Siracov yaşının azlığına baxmayaraq, yarışlarda göstərdiyi uğurlu nəticələrlə diqqəti cəlb edir.

AZƏRTAC xəbər verir ki, o, Şimali Reyn-Festvaliya əyalətinin Mönxenqladbax şəhərində keçirilən Karl-Hayntz Görts xatirə turnirində uğurla çıxış edərək birinci yeri tutub.

Qeyd edək ki, bu, Ömərin ilk uğuru deyil. Təkcə bu il altı yarışda fəxri kürsüdə yer almağı bacaran Ömər fevralda Almaniyanın Qrevenbrox şəhərində keçirilən yarışda da birinci yeri tutaraq ölkəmizi uğurla təmsil edib. O, Almaniya ilə yanaşı, Niderlandda da bir sıra yarışlarda müvəffəqiyyətlə çıxış edərək, mükafatçılar sırasında yer alıb.

Dörd ilə yaxındır cüdo ilə məşğul olan və şəxsi nəticələrini daim yaxşılaşdıran balaca həmyerlimizin nailiyyətləri onun gələcəkdə daha böyük uğurlar qazanacağını deməyə əsas verir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr