Azərbaycan millisinin düşərgəsində zədələnən və bu səbəbdən "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 1-ci turunda "Benfika"ya qarşı səfər matçında (3:2) oynaya bilməyən hücumçu Nəriman Axundzadənin son vəziyyətinə aydınlıq gəlib.
"Köhlən atlar"ın sözçüsü Anar Hacıyevin fanat.az-a açıqlamasında 21 yaşlı forvardın məşqlərə başladığını bildirib: "Nəriman bu gün axşam məşqinə qatılacaq. Onun kollektiv çalışmalarda tam gücü ilə iştirak edib-etməyəcəyi isə məşq prosesində bəlli olacaq".
Qeyd edək ki, "Qarabağ" ÇL-in 2-ci turunda "Kopenhagen"i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq görüşün start fiti 20:45-də səsləndiriləcək.