"İran nüvə silahı əldə etmək niyyətində deyil".
"Unikal" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 80-ci sessiyasındakı ümumi müzakirələr zamanı bəyan edib.
"Mən bu tribunadan bir daha bildirirəm ki, İran heç vaxt nüvə silahı yaratmaq istəməyib və buna çalışmayacaq", - deyə Pezeşkian qeyd edib.