AZ

Soçi çimərliklərində istirahət edənlər təxliyə olunurlar

Bakı, 24 sentyabr, AZƏRTAC

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar diyarına hücumları fonunda Soçidə qabaqlayıcı tədbirlər çərçivəsində çimərliklərdən insanlar təxliyə edilirlər.

AZƏRTAC “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Krasnodar şəhərinin meri Andrey Proşunin teleqram kanalında yazıb.

“Qara dəniz akvatoriyasında ekipajsız katerlərdən istifadə etməklə Krasnodar diyarına bugünkü hücumlarla əlaqədar olaraq, Soçi şəhərinin operativ qərargahı qabaqlayıcı tədbirlər görməyə – istirahət edənləri çimərliklərdən təxliyə etməyə qərar verib. Hazırda sanatoriyada vəziyyət normaldır”, - deyə Proşunin bildirib.

Qeyd edək ki, bu gün Rusiyanın Novorossiysk şəhərinin mərkəzi pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Son məlumatlara görə, bu zaman 2 nəfər həlak olub, 7-si yaralanıb. PUA parçalarının düşməsi səbəbindən 1 mehmanxana da daxil olmaqla, 7 bina zədələnib. Bundan başqa, 20 avtomobilə ziyan dəyib, onlardan 3-ü tamamilə yanıb,

Novorossiysk şəhərinin meri Andrey Kravçenko fövqəladə vəziyyət rejiminin tətbiq olunması və Texniki-İqtisadi Lisey bazasında müvəqqəti yerləşdirmə məntəqəsinin yaradıldığını elan edib.

Bundan başqa, Gelencikdə ekipajsız katerlərin hücum təhlükəsi elan edilib. Orada bütün üzən vasitələr üçün dənizə çıxış qadağan olunub, sakinlərə çimərlikləri və sahili tərk etmək tövsiyə olunub. Ekipajsız katerlərin hücum təhlükəsi Tuapse bələdiyyə dairəsində də elan edilib.

Seçilən
24
4
azertag.az

5Mənbələr