AZ

Gürcüstan XİN: Almaniya səfirinin fəaliyyətindən narahatlıq ifadə olunub

TBİLİSİ, 24 sentyabr. TELEQRAF

Almaniyanın Gürcüstandakı səfirinə izah edilib ki, Vyana Konvensiyasına əsasən diplomatik missiyanın üzvü dövlətin daxili işlərinə qarışmamaq öhdəliyi var.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə bildirilib ki, Gürcüstan tərəfi ölkədə radikal gündəmi təşviq etmək cəhdlərindən narahatdır və bu da öz növbəsində demokratiya prinsiplərinə ziddir və cəmiyyətin qütbləşməsinə xidmət edir. Qeyd olunub ki, Gürcüstanda davam edən məhkəmə proseslərini siyasiləşdirmək cəhdləri və səfirlərin bu prosesdə iştirakı narahatlıq doğurur.

XİN-dən bildirilib ki, Gürcüstan hökuməti ona qarşı aparılan məqsədyönlü kampaniyalara baxmayaraq, münasibətlərə böyük əhəmiyyət verir:

“Hesab edirik ki, bu cür hərəkətlər iki ölkə arasında illər ərzində qurulmuş tərəfdaşlıq münasibətlərinə xələl gətirir. Xarici İşlər Nazirliyi ümid edir ki, diplomatik nümayəndələrin fəaliyyəti gələcəkdə ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq prinsiplərinə əsaslanacaq”.

Seçilən
48
teleqraf.com

1Mənbələr