La Liqanın keçmiş prezidenti Xavyer Tebas "Barselona"nın futbolçusu Lamin Yamalın "Qızıl top" səsverməsində 2-ci yeri tutmasından danışıb.
QOL.az xəbər verir ki, o, 18 yaşlı hücumçunun gələcəkdə bu mükafatı qazanacağına inandığını deyib:
"Lamin Yamal... Onun yaşı 23-dən yuxarı olsaydı, "Qızıl top"u qazanardı, əminəm. Amma gənc olduğu üçün ona başqa mükafat verdilər.
Əgər Yamal eyni səviyyədə oynamağa davam edərsə, mütləq "Qızıl top"a sahib çıxacaq. Buna heç bir şübhəm yoxdur".
Qeyd edək ki, "Qızıl top"un qalibi PSJ-nin futbolçusu Usman Dembele olub.