AZ

"Ağdərə" restoranında saxta alkoqollu içkilər aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Tərtər rayonu, Şıxarx qəsəbəsində fəaliyyət göstərən, Vəfa Əsəd qızı Nəbiyevaya məxsus "Ağdərə" restoranında yoxlama keçirib.

Bu barədə Moderator.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, baxış zamanı restoranda istehlaka təqdim olunan "Banketnaya" əmtəə nişanlı alkoqollu içkilərin saxta olduğu və mənşəyi məlum olmayan spirtdən hazırlandığı müəyyən edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, məhsullar satışdan kənarlaşdırılıb, araşdırmalar davam etdirilir.

Seçilən
1
14
moderator.az

10Mənbələr