Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzitərəfindən Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiəqüvvələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiəməşqi təşkil edilib.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmişərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrəfəaliyyəti” mövzusunda keçirilən məşqdə Abşeron Rayon İcraHakimiyyətinin başçısı Abdin Fərzəliyev, FHN-in Sumqayıt RegionalMərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, rayon hüquq-mühafizəorqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, ərazi mülkimüdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib.
Məşqə Abşeron rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiəqüvvələrinin 27 ədəd texnika və 146 nəfərdən ibarət şəxsi heyəticəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrininfövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsininyoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərinuzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik vəbacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıqtoplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiədəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıqtoplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş,toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb,həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələrmüzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.