AZ

Mbappe Zidanı keçdi

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 6-cı turunda "Levante"yə qarşı keçirilən görüşdə parlaq oyun sərgiləyib. Madrid klubu rəqibini 4:1 hesabı ilə məğlub etdiyi matçda fransalı forvard iki qola imza ataraq komandasının əsas fiqurlarından biri olub.

Yenisabah.az xəbər verir ki, bu dubl sayəsində 26 yaşlı futbolçunun La Liqadakı ümumi qol sayı 38-ə yüksəlib. Bununla da o, hərəsi 37 qol vurmuş Zinəddin Zidan və İskonu geridə qoyaraq Luiş Fiqu və Davor Şukerlə eyni göstəriciyə çatıb. Statistikaya əsasən, hazırda Mbappe La Liqada ən çox qol vuran futbolçular arasında 42-ci pillədə qərarlaşıb. Siyahının lideri isə uzun illər "Real Madrid"in formasını geyinmiş və 311 qolun müəllifi olmuş Kriştiano Ronaldodur.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ilin iyun ayında "Real Madrid"ə transfer olunub və qısa müddətdə həm azarkeşlərin, həm də futbol mütəxəssislərinin rəğbətini qazanmağı bacarıb. Onun İspaniya çempionatındakı performansı artıq komandanın hücum xəttində həlledici rola malik olduğunu göstərir. pizza sifarişi


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr