AZ

Bakıda cüdo məşqçiləri üçün peşəkar İNKİŞAF PROQRAMI

Bakıda olan cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Sentyabrın 29-da start götürəcək və beş gün davam edəcək proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil olunacaq.

İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul ediləcək.

Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.

İdman.biz

Seçilən
8
4
idman.biz

5Mənbələr