AZ

Zaqatalada qəza: ər-arvad xəsarət aldı - FOTO

Zaqatalada motosikletlə avtomobil toqquşub.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Zaqatala-Qax avtomobil yolunda, rayonun Muxax kəndi ərazisində baş verib. 

Qəza zamanı Muxax kənd sakinləri - 64 yaşlı Aydın Həmzəyev və həyat yoldaşı 64 yaşlı Nigar Həmzəyevə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər. 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

FOTO QALEREYA
Seçilən
1
10
avtosfer.az

10Mənbələr