AZ

Çindən "Taliban"a dəvət: “Nəbz yoxlanışı” başladı

Sentyabrın 21-də “Taliban”ın Müdafiə Nazirliyi Pekindən gözlənilməz dəvət alıb.

Çin Müdafiə Nazirliyi “Taliban”ın müdafiə naziri Molla Məhəmməd Yaqubu yaxın vaxtlarda Çin paytaxtına səfərə dəvət edib. Pekinin dəvəti ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı “Bəhram” hərbi hava bazasını Vaşinqtonun nəzarətinə qaytarmaq niyyəti ilə bağlı bəyanatları ilə əlaqələndirilə bilər. 

Amerikalıların Əfqanıstanda getdikcə fəallaşdıqları Çin xüsusi xidmət orqanları üçün sirr deyil. Həm də söhbət təkcə Prezident Trampın “Bəhram”la bağlı açıqlamalarından getmir.

Türkiyə, BƏƏ, Qətər, Pakistan və bir sıra başqa yerlərdə ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri, eləcə də Trampın yaxın çevrəsinin emissarları nəinki əfqan həmsöhbətlərinin siyasi mövqelərini araşdırmaq, həm də onları ABŞ-nin Əfqanıstanla bağlı yeni strategiyasının həyata keçirilməsində iştirak etməyə yönləndirə biliblər. 

Trampın Amerikanı yenidən möhtəşəm edəcəyini vəd etdiyi bir vaxtda ABŞ-nin Əfqanıstanda görünməsi və inandırıcı qələbə qazanması Amerika seçiciləri üçün vacibdir. 

İkincisi, bu strategiyanın əsas ictimai hadisəsi Kabildən təxminən 60 kilometr şimalda, Pərvan əyalətindəki “Bəhram” hərbi hava bazasının üzərində ulduzlar və zolaqlar olan bayrağın qaldırılmasıdır.

Tramp bazanı Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətindən danışarkən zarafat etmir. Bu, növbəti 10 ay ərzində baş verməlidir. 

Trampın ətrafı və müşavirləri “Bəhram” hərbi hava bazasını Amerikanın nəzarətinə qaytarmaq üçün müxtəlif yollar təklif edirlər. Hələlik əsas yol “Taliban”la danışıqlardır.

“Bəhram” məsələsində “Taliban”la sülh razılaşması şansları qalsa da, amerikalılar eyni zamanda Əfqanıstanda xüsusi əməliyyat keçirməyə hazırlaşır.

Tramp Amerika qoşunlarını “Bəhram”a göndərməyə, onun ələ keçirilməsini təmin etməyə, həmçinin Pərvanı əhatə edən əyalətlərə nəzarət etməyə hazırdır. 

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr