AZ

Şahin Şıxlinskinin həbs müddəti uzadılıb

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Aktual.az xəbər verir ki, bu gün onun barəsində həbs-qəttimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Verx-İsetski Rayon Məhkəməsi Şahin Mütvalı oğlu Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.

O, qətlə cəhddə və dövlət məmuruna qarşı zorakılıqda iştirakda ittiham olunur.

Şahin Şıxlinskinin vəkili bir müddət əvvəl yerli KİV-ə bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, Şahin Şıxlinski ilk dəfə iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaları Şıxlinskinin içərisində olduğu avtomobilin qarışısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. M. Şıxlinski saxlanılandan 15 dəq sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da M. Şıxlinski saxlanılaraq barəsində həbs-qətiimkan tədbiri seçilib. Ş. Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Ş. Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.

Seçilən
8
11
ulusum.az

10Mənbələr