AZ

Rusiyaya kahı aparan yük maşınında narkotik aşkarlandı – VİDEO

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Olaylar.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, "Cənub Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.

Rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı iki ədəd paletdəki yeşiklərdə üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 73 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 29 kiloqram 100 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

İrandanİrandan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
30
olaylar.az

10Mənbələr