AZ

ahid geyim tətbiq oluna bilər… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanda tələbələr üçün vahid geyim tətbiqi gündəmə gəlib və bu, təhsil sistemində yeni bir debat mövzusuna çevrilə bilər. Maraqlıdır, tələbələr üçün vahid geyim tətbiq olunarsa, bu nə dərəcədə faydalı olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu prosesin həyata keçirilməsi asan olmayacaq.

Ekspertin sözlərinə görə, tələbələrin vahid formaya keçməsi üçün ilk növbədə universitetlərin elmi şuralarında müzakirələr aparılmalıdır:

“Düşünmürəm ki, bu, sadə məsələdir. Çünki hər kəs öz hüququndan istifadə edəcək, Azərbaycan universitetlərinin beynəlxalq konvensiyalara qoşulmasını əsas gətirəcək. Bu səbəbdən, vahid forma ilə bağlı qərar qəbul olunsa belə, prosesin həyata keçirilməsi uzun çəkəcək”.

Məmmədli qeyd edib ki, Azərbaycanın qoşulduğu Boloniya sistemi tələbələrin fəaliyyətini məhdudlaşdıran halları qəbul etmir:

“Kimlərsə Boloniya sisteminə istinad edərək, tələbələrin geyim azadlığının məhdudlaşdırılmasına qarşı çıxa bilər. Lakin bəzi universitetlərdə daxili intizam qaydalarına əsasən, tələbələrin geyim tərzi, hətta saç-saqqal düzümü ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Bu hallarda tələbələr həmin qaydalara tabe olmağa borcludurlar”.

Ekspertin fikrincə, tələbələr üçün vahid geyim tətbiqi yalnız müvafiq müzakirələr və hüquqi əsaslar müəyyən edildikdən sonra mümkün ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
konkret.az

3Mənbələr