AZ

Azərbaycan və Polşa arasında fövqəladə hallar sahəsində əlaqələrin genişləndirilməsinə dair məsələlər müzakirə edilib  

Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə K. Heydərov Azərbaycan ilə Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə nazir həmsədri olduğu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb.

Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən FHN-in fəaliyyəti barədə qonağa məlumat verən nazir bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir iki ölkə arasında müxtəlif istiqamətlərdə münasibətlərin daim genişlənməsindən məmnunluq ifadə edib. Bu çərçivədə P. Radomski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seçilən
9
3
azerbaijan-news.az

10Mənbələr