AZ

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası

Bakıda kafedə çalışan iki qadının davası məhkəmədə yekunlaşıb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə 2023-cü ilin yayında Ramana qəsəbəsində yerləşən “Bizim kafe” iaşə obyektində qeydə alınıb.

Dava zamanı qadınlardan birinin başından ağır xəsarət (sağ gicgah sümüyünün sınığı) alması digərinə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmasına səbəb olub.

Araşdırmalar zamanı məlum olub ki, həmin kafedə ofisiant işləyən Zibeydə Kərimova (ad və soyadlar şərtidir) hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Pivə bakalı ilə onun baş və digər nahiyələrinə zərbələr endirən qadın isə 41 yaşlı Tovuz sakini Gültən Cuvarova olub. O isə kafedə müğənni kimi fəaliyyət göstərib.

Qadınlar arasındakı davaya kafenin sahibi Ramazanla sevgili olmaları səbəb olub. Belə ki, Z.Kərimova kişinin onunla birgə olduğu müddətdə müğənni ilə də sevgili olmasını öyrənib. Bundan sonra o, Gültənlə bir neçə dəfə telefonda dalaşaraq mübahisə edib. Hadisə baş verən gün isə Zibeydə gecə saat 00:30 radələrində kafeyə gəlib. O, orada Gültənə hücum edib və qadınlar arasında dava-dalaş başlayıb. Dalaşan qadınları kafenin sahibi Ramazan və onun atası çətinliklə ayırıblar. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə aparıblar.

Seçilən
11
16
publika.az

10Mənbələr