AZ

Masallıda 27 sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirildi » AzadMedia.az


24 sentyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr–Anım Günü ilə əlaqədar Şərəfə ərazisində ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.


Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunmuş ağacəkmə aksiyasında 1500 ədəd müxtəlif növ ağac əkilmişdir.

Rayon rəhbəri çıxış edərək bildirmişdir ki, şəhidlərin xatirəsini daim yaşatmaq hər birimizin mənəvi borcudur və belə tədbirlər həm gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həm də ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır.
Seçilən
3
1
azadmedia.az

2Mənbələr