AZ

Türkiyənin məşhur çimərliklərindən birini kanalizasiya sularıBASDI

Alanyada məşhur olan Kleopatra çimərliyi kanalizasiya suları ilə dolub.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, çimərlikdə çirklilik səviyyəsi qanuni həddi demək olar ki, 1000 dəfə keçərək gizli tullantı sularının axıdılması aşkar edilib.

"Kanalizasiya borusu Kleopatra çimərliyindən Damlataşa qədər uzanır. Çirklənmiş su borunun yeddi nöqtəsindən səkkiz fərqli nöqtəsinə axır", - məlumatda deyilir.

Qeyd olunur ki, çimərlikdə çimdikdən sonra uşaqlarda səpgi əmələ gəlib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
63
2
redaktor.az

3Mənbələr