AZ

Alkoqolsuz içkilərin istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 38 151,7 min dekalitr (dkl) alkoqolsuz içkilər istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 9 faiz və ya 3 134,7 min dkl çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin iyul ayı ilə müqayisədə isə avqustda istehsal həcmində 11,2 faiz və ya 690,7 min dkl artım qeydə alınıb. Avqust ayında 6 843,3 min dkl alkoqolsuz içkilər istehsal edilib.

Sentyabr ayının 1-nə hazır məhsul ehtiyatı 988,4 min ton təşkil edib.

Seçilən
2
2
vergiler.az

10Mənbələr